Xəzər Xəbər

Cəlilabad sakini arvadını yastıqla boğaraq öldürüb

Region | 11:48 • 22 Yanvar 2018
Cəlilabad sakini arvadını yastıqla boğaraq öldürüb

Bakıda qətl hadisəsi baş verib.

Xezerxeber.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 20-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində Cəlilabad rayon sakini Elvin Qəhrəmanlı yaşadığı evdə münaqişə zəminində arvadı Güneli yastıqla boğaraq öldürüb.

Qaradağ RPİ 10-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Qəhrəmanlı saxlanılaraq istintaqa təhvil verilib.

Xəbər lenti