Xəzər Xəbər

Polisi bıçaqlayan şəxsin kimliyi bilindi - cinayətkar axtarılır

Region | 10:24 • 22 Yanvar 2018
Polisi bıçaqlayan şəxsin kimliyi bilindi -

Saatlı rayonunda polis əməkdaşını bıçaqlayan şəxsin kimliyi məlum olub.

Hadisəni törədən şəxs Saatlı rayon sakini, 1969-cu il təvəllüdlü Şöhrət Ağazədə oğlu Əliyevdir. O, polis əməkdaşı, 1983-cü il təvəllüdlü Əvəz Eynullayevi bıçaqladıqdan sonra hadisə yerindən qaçıb.

Hazırda Ş.Əliyevin axtarışları davam etdirilir.

Faktla bağlı Saatlı rayon Prokurorluğunda 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbər lenti