Xəzər Xəbər

Yevlax sakini öz həmkəndlisinə 17 bıçaq zərbəsi vurub

Region | 15:50 • 21 Yanvar 2018
Yevlax sakini öz həmkəndlisinə 17 bıçaq zərbəsi vurub

Gecə saatlarında Yevlax rayonunun Gülövşə kəndində bıçaqlanma hadisəsi baş verib.

Yerli sakin mübahisə zəminində öz həmkəndlisi, 1988-ci il təvəllüdlü Fidar Hüseynova 17 bıçaq zərbəsi vurub.

Yaralı xəstəxanaya çatdırılaraq təcili əməliyyat olunub. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır. (Report)

Xəbər lenti