Xəzər Xəbər

Lənkəranda sakinləri döyməkdə və öldürməkdə şübhəli sayılan şəxs saxlanılıb - FOTO

Region | 14:15 • 21 Yanvar 2018
Lənkəranda sakinləri döyməkdə və öldürməkdə şübhəli sayılan şəxs saxlanılıb -

Lənkəran rayonunun Liman şəhəri ərazisində evlərə girərək sakinləri döyməkdə şübhəli bilinən şəxs tutulub.

Liman şəhəri M.Ə. Rəsulzadə küçəsində qeydiyyatda olan 1991-ci il təvəllüdlü Fərrux Sabir oğlu Zeynalov bu gün saxlanılıb.

Qeyd edək ki, Liman şəhər sakini olan iki nəfər yanvarın 13-də, daha iki nəfər isə yanvar 14-də evlərində döyülüb. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Döyülənlərdən 1972-ci il təvəllüdlü Samirə Miriyeva xəstəxanada dünyasını dəyişib. (APA)

Xəbər lenti