Xəzər Xəbər

İmişlidə 37 yaşlı kişi evində ölü tapılıb

Region | 10:08 • 18 Yanvar 2018
İmişlidə 37 yaşlı kişi evində ölü tapılıb

İmişli sakini naməlum şəraitdə ölüb.

Rayonun Alarlı kənində kənd sakini, 1981-ci il təvəllüdlü Hikmət Tağı oğlu Qəmbəralıyevin meyiti yaşadığı evin pilləkənlərində aşkarlanıb.

Onun pilləkəndən yıxılaraq öldüyü ehtimal edilir.

Ölümün dəqiq səbəblərinin müəyyən etmək üçün ekspertiza təyin olunub.

Faktla bağlı araşdırma aparılır. (APA)

Xəbər lenti