Xəzər Xəbər

Tovuzda "Mercedes" hərbçiləri daşıyan maşınla toqquşub - yaralı var

Region | 14:08 • 11 Dekabr 2017
Tovuzda "Mercedes" hərbçiləri daşıyan maşınla toqquşub -

Tovuz rayonunda yol qəzası baş verib.

Trend-in məlumatına görə, radisə rayon ərazisində baş verib.

Rayonun girişində "Mercedes" markalı avtomobil hərbçiləri daşıyan maşınla toqquşub. Hadisə nəticəsində "Mercedes" markalı avtomobildə olan sərnişin, Abulbəyli kənd sakini, 1968-ci il təvəllüdlü Qasımova Rübabə Mirzə qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

Xəbər lenti