Xəzər Xəbər

Oğuzda mənşəyi məlum olmayan at əti aşkarlanıb

Region | 16:52 • 8 Dekabr 2017
Oğuzda mənşəyi məlum olmayan at əti aşkarlanıb

Oğuzda mənşəyi məlum olmayan at əti aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki Regional Qrupundan verilən məlumata görə, Oğuz rayon Polis Şöbəsinin əməkdaşları əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində əməliyyat tədbiri keçirib.

RPŞ-yə Oğuz rayon sakini Vüqar Ziliyevin qanunsuz at əti kəsimi ilə məşğul olması barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən məlumatın yoxlanılması ilə əlaqədar keçirilən tədbirlər zamanı V.Ziliyevin sərnişin qismində getdiyi avtomobilin yük yerinə baxış keçirilib. Orada qeyri-qanuni, antisanitar şəraitdə, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, təxmini çəkisi 150 kq-a yaxın at əti aşkarlanaraq götürülüb.


Aşkarlanan ətdən baytarlıq qanunvericiliyinə müvafiq nümunələr götürülərək müayinə üçün Baytarlıq Laboratoriyasına göndərilib.


Laborator müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti