Xəzər Xəbər

Qaxda “Kürmükoba” bayramı keçirilib - FOTO

Region | 15:38 • 23 Noyabr 2017
Qaxda “Kürmükoba” bayramı keçirilib -

Respublikamızın ərazisində tariximizin müxtəlif dövrlərinə aid, o cümlədən Qafqaz Albaniyası həqiqətlərinin daşıyıcısı olan onlarla tarixi abidə mövcuddur. Belə abidələrdən biri də Qax rayonunun ərazisində, Əmbərçay kəndi yaxınlığında yerləşən Kürmük məbədidir. Erkən orta əsrlərə aid qədim alban məbədinin izlərini daşıyan bu məbəd əcdadlarımızın dini inanclarının rəmzi abidəsi, müxtəlif dinlərdən olan insanların ibadətgah yeridir. Dövlətimiz tərəfindən tarixi abidə kimi qorunan Kürmük məbədi, həm də xalqımızın tarixi yaddaş abidəsi, Azərbaycanın maddi-mədəni irsidir.


AZƏRTAC xəbər verir ki, ənənəyə uyğun olaraq Kürmük məbədində ildə iki dəfə - may və noyabr aylarında "Kürmükoba” bayramı keçirilir. Bayramda dini ayinlər icra olunur, qurbanlar kəsilir, el gəzintisi təşkil edilir.


Noyabrın 23-də Kürmük məbədində növbəti bayram mərasimi keçirilib. Rayonun yerli sakinləri – azərbaycanlılar, ingiloylar, gürcülər, ətraf rayonlardan gələn qonaqlar əsl tolerantlıq örnəyi nümayiş etdirərək, səhər saatlarından başlayaraq dostluq şəraitində birgə məbədi ziyarət edib, dini ayinlər yerinə yetirib, qurban kəsiblər.

Xəbər lenti