Xəzər Xəbər

Şəmkirdəki qəzada ölən və xəsarət alanların kimlikləri məlum olub

Region | 09:20 • 24 Oktyabr 2017
Şəmkirdəki qəzada ölən və xəsarət alanların kimlikləri məlum olub

Şəmkirdə avtomobilin aşması nəticəsində ölən və xəsarət alanların kimlikləri məlum olub.

Ötən gecə rayonun kür qəsəbəsində "Niva” markalı avtomobilin aşması nəticəsində rayon sakini, 1990-cı il təvəllüdlü Məmmədov Elvin Məzahir oğlu hadisə yerində ölüb. Avtomobildə olan 4 nəfər - Kür qəsəbə sakini, 1990-cı il təvəllüdlü Fərman Mirzəyev, Əliyaqublu kənd sakinləri, 1990-cı il təvəllüdlü Orxan Qasımov, 1993-cü il təvəllüdlü Rauf Rauf Quliyev, 1990-cı il təvəllüdlü Turla Yusubov ağır bədən xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan Şəmkir rayon Polis Şöbəsinin əməkdaşı olan Fərman Mirzəyev Gəncədə olan xəstəxanaların birinə aparılıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır. (APA)

Xəbər lenti