Xəzər Xəbər

Hacıqabulda "cip" aşdı, parça-parça oldu - yaralılar var - FOTO

Region | 15:50 • 15 Oktyabr 2017
Hacıqabulda "cip" aşdı, parça-parça oldu -

Bakı-Qazax yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə yolun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan "02-BM-202" dövlət qeydiyyat nişanlı "Toyota Prado" markalı minik maşını yol kənarında olan beton maneəyə dəyərək aşıb. Qəza zamanı 3 nəfər xəsarət alıb, avtomobil isə yararsız vəziyyətə düşüb. Maşında olan yüklər (meyvə-tərəvəz) yol boyu yerə səpələnib.

Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparır.

Xəbər lenti