Xəzər Xəbər

Beyləqanda bu il nikaha daxil olmaq istəyən 16 nəfərdə talassemiya xəstəliyi aşkarlanıb

Region | 13:25 • 15 Oktyabr 2017
Beyləqanda bu il nikaha daxil olmaq istəyən 16 nəfərdə talassemiya xəstəliyi aşkarlanıb

Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydalarına əsasən, 2017-ci ilin 9 ayı ərzində Beyləqanda 931 nəfər müayinə olunub.


Beyləqan Rayon Mərkəzi Xəstəxanasının həkim hematoloqu Nəzakət Quliyeva AZƏRTAC-a bildirib ki, nikaha daxil olmaq istəyən şəxslər talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçirlər. Bu il aparılan müayinələr zamanı 16 nəfərdə talassemiya, 1 nəfərdə sifilis xəstəliyi aşkarlanıb. Nikaha daxil olmaq istəyən gənclər müayinənin nəticəsi barədə ayrı-ayrılıqda məlumatlandırılıblar. Bununla yanaşı, onlar xəstəxananın həkimləri tərəfindən tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması üzrə məsləhətlər də alırlar.


Nikaha daxil olmaq istəyən şəxslərə Ədliyyə Nazirliyinin rayon qeydiyyat şöbəsinə təqdim etmək üçün tibbi arayış verilir.

Xəbər lenti