Neftçalada pambıq zavodunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, rayonun Qaramanlı kəndində pambıq zavodunun ərazisində elevatorun içərisində olan 50 kq pambıq yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 12:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.