Xəzər Xəbər

Şəmkirin Baş planının ictimai müzakirəsi olub - FOTO

Region | 13:41 • 23 Sentyabr 2017
Şəmkirin Baş planının ictimai müzakirəsi olub -

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında "RİSK” Elmi İstehsalat Şirkəti Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanan Şəmkir şəhərinin Baş plan layihəsinin işlənilməsi başa çatdırılıb.

Komitənin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 30-cu maddəsinin tələblərinə uyğun olaraq, Şəmkir şəhərində Baş planın yekun layihəsinin ictimai müzakirəsi keçirilib. Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, icraçı təşkilat olan "RİSK” Elmi İstehsalat Şirkəti Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri, Şəmkir Rayon İcra Hakimiyyəti aparatının rəhbərliyi və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İctimai müzakirələr zamanı Şəmkir şəhərinin yeni Baş planının işlənilməsi yüksək qiymətləndirilib.

Sonda Şəmkir şəhərinin 2035-ci ilədək olan dövrə hesablanmış yeni Baş plan layihəsinin məqbul sayılmaqla təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunması məqsədəuyğun hesab edilib.

Xəbər lenti