Xəzər Xəbər

Ağcabədi sakini Türkiyə vətəndaşını rayona apararaq pullarını əlindən alıb

Region | 13:25 • 20 Sentyabr 2017
Ağcabədi sakini Türkiyə vətəndaşını rayona apararaq pullarını əlindən alıb

Ağcabədi sakini Türkiyə vətəndaşını rayona apararaq döyüb və pullarını əlindən alıb.

"Report”un xəbərinə görə, bu barədə Ağcabədi Rayon Polis Şöbəsinə müraciət edən Türkiyə vətəndaşı Yaqub Özdilək özü məlumat verib.

O şikayətində bildirib ki, Bakı aeroportunda Ağcabədi sakini olan Elməddin adlı şəxslə tanış olub. Sonra həmin şəxs onu Ağcabədiyə qonaq aparıb. Burada isə Türkiyə vətəndaşını döyərək 8 min Türk lirəsi, 2500 ABŞ dolları və 3000 min manatını alıb.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti