Xəzər Xəbər

Cəlilabadda, yaşayış binasında yanğın: sakinlər təxliyə olunub

Region | 12:50 • 22 Avqust 2017
Cəlilabadda, yaşayış binasında yanğın:

Cəlilabad şəhərində beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, hadisə binanın ikinci mərtəbəsində ümumi sahəsi 47 kvadratmetr olan üçotaqlı mənzildə qeydə alınıb. Nəticədə mənzilin bir hissəsi yanıb. Yanğın zamanı 3 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub, alov yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xəbər lenti