Xəzər Xəbər

Gədəbəydə xeyli sayda silah-sursat aşkarlandı

Region | 12:41 • 22 Avqust 2017
Gədəbəydə xeyli sayda silah-sursat aşkarlandı

Gədəbəydə silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, rayonunPirbulaq kəndi ərazisində 18 ədəd "F-1” qumbarası, müxtəlif tipli 6 ədəd raket, 10 ədəd trotil şaşkası, 9 ədəd patron darağı, 840 ədəd avtomat patronu, 1 ədəd reaktiv mühərrik, 10 ədəd partlayıcı və digər hərbi sursat aşkar edilərək ANAMA əməkdaşları tərəfindən götürülüb.

Xəbər lenti