Xəzər Xəbər

Qubada zəncirvari yol qəzası - ölən və yaralanan var

Region | 11:56 • 27 İyun 2017
Qubada zəncirvari yol qəzası -

Quba rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

 Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, iyunun 26-da saat 01 radələrində Quba rayonunun Nərimanabad kəndi ərazisində rayon sakinləri Elgün Hüseynovun idarə etdiyi "Opel" və Seyhun İsayevin idarə etdiyi "VAZ-21074" markalı avtomobillər toqquşduqdan sonra hər iki nəqliyyat vasitəsi yolun kənarında dayanmış "Volksvagen" və "Mitsubishi" markalı avtomobillərə dəyib.

Nəticədə E.Hüseynov hadisə yerində ölüb, S.İsayev isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti