Xəzər Xəbər

Ağsuda ev yanıb

Region | 16:54 • 27 May 2017
Ağsuda ev yanıb

Ağsu rayonunda vətəndaşa məxsus ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, rayonun Ərəbmehdibəy kəndində vətəndaşa məxsus ümumi sahəsi 84 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti