Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Yarmarkaya Qobustandan 2 ton bal çıxarılacaq

19.09.2018 16:27

Qobustan rayonunda arıçılıq təsərrüfatına maraq ildən-ilə artır, hazırda arı ailələrinin sayı 4500-ə çatıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bölgədə hazırda arıçılıqla 238 sahibkar məşğul olur. Nabır kəndindən Əmirxan Abıyev, Asif Balayev, Təklədən Heydər Qaçayev, Xilmillidən Malik Mirzəyev və onlarca digər arıçılar öz peşəkarlıqları ilə bölgədə arıçılığın inkişafında aparıcı simalardır.

Arıçılıq üçün əlverişsiz olan cari ildə rayonda 12,5 ton bal istehsal olunub ki, bu da ötən ilin səviyyəsidir.

Qeyd edək ki, Qobustan arıçıları Bakı şəhərində keçiriləcək bal yarmarkasına min bir dərdin dərmanı olan 2 ton məhsul çıxaracaqlar.

© xezerxeber.az

FOTOQALERIYA






175 dəfə oxunub

ÇOX OXUNANLAR