Ucarda ağaclar quruyaraq məhv olur - FOTO

21.07.2018 12:18

Ucar şəhərində ağaclar kütləvi şəkildə quruyaraq məhv olur.

Şəhərin Heydər Əliyev, Oğuz, 28 may, 20 Yanvar, Koroğlu, Rəsulzadə və Azərbaycan küçələrində yol kənarında olan ağacların bir neçəsi tamamilə quruyub, Koroğlu küçəsində 3-4 yaşlı bir neçə qurumuş şam ağacı kəsilib, qalan hissəsi isə qurumaq üzrədir.
Yerli sakinlər yaşından asılı olmayaraq əksəriyyəti şam olan ağacların qurumasına əsas səbəb kimi ağacların vaxtında suvarılmamasını göstərirlər. Onlar yaranmış problemlə bağlı rayonun aidiyyəti qurumlarına müraciət etdikdən sonra son günlər suvarılma işlərinə başlanılsa da, artıq ağacların bir qismini xilas etmək mümkün deyil.
Şəhər icra nümayəndəsi Abdulla İbrahimov ağaclarının qurumasına əsas səbəb kimi ağaclara xəstəliyin düşməsini göstərib. Onun sözlərinə görə, şəhər ərazisindəki ağaclar iş qrafikinə uyğun olaraq həftənin 6 günü səhər saat 4-dən başlayaraq 2-3 saat müddətinə suvarılır. Rayona dəvət olunmuş mütəxəssislər ağaclara "Amerikan qurdu" adlanan xəstəliyinin düşdüyünü deyirlər. Artıq xəstəliyin qarşısını almaq məqsədilə dərmanlama işlərinə başlanıb. (APA)

© xezerxeber.az

FOTOQALERIYA






211 dəfə oxunub

ÇOX OXUNANLAR