Ağdamda avtomobildən at əti aşkarlanıb - FOTO

24.02.2018 17:18

Fevralın 24-də daxil olmuş məlumat əsasında, Ağdam Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Ağdam rayon sakini İsmayılov Elman İsmayıl oğlunun idarə etdiyi "VAZ 21011” markalı 66-BL-704 dövlət nömrə nişanlı minik avtomobili Albəyli kəndi ərazisində saxlanılaraq baxış keçirilib. Baxış zamanı avtomobilin yük yerində dərisi soyulmamış 1 baş atın şaqqalara bölünmüş cəmdəyi aşkarlanıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən xezerxeber.az-a bildiriblər ki, rayon Polis Şöbəsinin müraciəti əsasında Ağdam Rayon Baytarlıq İdarəsinin əməkdaşları İsmayılov Elman İsmayıl oğlunun idarə etdiyi minik avtomobilinin yük və salon yerində antisanitar şəraitdə daşınan, üfunətli iy verən və sağlamlığına dair heç bir sənədi olmayan, dərisi soyulmamış at ətindən nümunələr götürüblər. Nümunələr müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Həmçinin baytarlıq haqqında qanunvericiliyi pozduğuna görə mal sahibi barədə akt tərtib edilib.

Hadisə ilə bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

© xezerxeber.az

FOTOQALERIYA






270 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR