Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Goranboyda minaatan mərmisi tapılıb - FOTO

23.01.2018 18:03

Goranboyun Qaraçinar kəndi ərazisində yerləşən 1 saylı sahə məntəqəsinin inzibati ərazisində 1 ədəd mərminin tapılıb..

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) xezerxeber.az-a verilən məlumata görə, Xocalı RİH-dən Agentliyə Goranboy rayonu, Qaraçinar kəndi ərazisində yerləşən 1 saylı sahə məntəqəsinin inzibati ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilmiş, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

© xezerxeber.az

FOTOQALERIYA






579 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR