Cəlilabad rayonunda qadını ilan sancıb - FOTO

21.01.2018 18:02

Qışın oğlan çağında Cəlilabad rayonunun Hacıcavad kəndində ilansancma hadisəsi baş verib.

Kənd sakini Sevda İsrafilova təsərrüfatındakı ot bağlamalarını tövlədən bayıra çıxarmaq istərkən bağlamanın arasında olan ilan onun sol əl nahiyəsindən sancıb.

Zərərçəkmişin sözlərinə görə, o, əvvəlcə bunun arı olduğunu düşünüb. Lakin sonradan ot bağlamasının arasında ilanı görüb. Qadın yaxınları tərəfindən kənd məntəqəsinə, ordan isə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəyə ilan zəhərinə qarşı zərdab vurulub.

Hazırda xəstənin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. (Report)

© xezerxeber.az


352 dəfə oxunub

XƏBƏRLƏR

16.10.2018 20:34

Paşinyan istefa verdi

ÇOX OXUNANLAR