Salyanda yol qəzasında ölənlərin sayı beşə çatıb

23.09.2017 09:12

Salyanda 4 qadının ölümü ilə nəticələnən qəzada xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişib.

Sentyabr 19-da yeni inşa olunan Ələt-Astara avtomobil yolunda "Mercedes" və "VAZ 2106" markalı iki avtomobilin toqquşması nəticəsində 4 qadın hadisə yerində ölmüş, 3 nəfər xəsarət almışdı.
Xəsarət alanlardan "VAZ 2106” markalı avtomobilin sərnişini, Saatlı rayon sakini, 27 yaşlı Hüseynov Babək Xanəhməd oğlu bu gün səhər saatlarında Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində ölüb.

© xezerxeber.az


98 dəfə oxunub

ÇOX OXUNANLAR