Qarabağa qayıdan ermənilərin sayı açıqlanıb

03.12.2020 16:24

Rusiya sülhməramlı qüvvələrin və Beynəlxalq Qızıl Xaç Komitəsinin koordinasiyası ilə həlak olanların cəsədlərinin axtarışı və mübadiləsi davam etdirilir.

Xezerxeber.az-ın məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

O həmçinin deyib ki, Rusiya sülhməramlıları dinc sakinlərin daimi yaşayış yerlərinə təhlükəsiz qayıtmasını təmin edir: "Ermənistandan Dağlıq Qarabağa son sutka ərzində 1479 nəfər qayıdıb. Ümumilikdə, sülhməramlı əməliyyatı çərçivəsində 28 mindən çox qaçqının təhlükəsiz şəkildə qayıtması təmin olunub”.

Atif

© xezerxeber.az

FOTOQALERIYA






151 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR