Rusiya Qarabağda ikinci hərbi hospital yaradır

03.12.2020 16:14

Rusiya sülhməramlıları Qarabağda ikinci hərbi hospital açacaq. Hospital Ağdərədə olacaq. 

Xezerxeber.az-ın məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

O deyib ki, hazırda ikinci hərbi hospitalın yaradılması işləri davam edir: "Xanabad yaşayış məntəqəsində Rusiya Müdafiə Nazirliyinin hərbi hospitalının briqadası tərəfindən 48 sakinə, o cümlədən 12 uşağa tibbi yardım göstərilib”.
Qeyd edək ki, bundan əvvəl Rusiya sülhməramlıları Xocalı ərazisində hərbi hospital yaradıb.

Atif

© xezerxeber.az

FOTOQALERIYA






128 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR