Füzulidə koronavirus xəstəsinə cinayət işi açıldı

28.11.2020 14:22

Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.

Füzuli rayon prokurorluğundan xezerxeber.az-a verilən məlumata görə, Füzuli rayon sakini 1972-ci il təvəllüdlü İbişov Səlyan Allahverdi oğlu 20.11.2020-ci il tarixdə "COVID-19” virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, 27.11.2020-ci il tarixdə Füzuli rayonu Mahmudlu-1 kəndi ərazisində həmkəndliləri ilə söhbət edərək təmasda olmaqla epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

Faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Füzuli rayon Polis Şöbəsinə göndərilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

© xezerxeber.az


116 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR