Şəkidə maska taxmayanlar cərimələnib

25.11.2020 12:19

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə rayon ərazisində tədbirlər mütəmadi olaraq davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, qapalı yerlərdə, ictimai nəqliyyatda, mağazalarda və açıq ictimai məkanlarda polis əməkdaşları tərəfindən sakinlər arasında maarifləndirici söhbətlər aparılır, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyin zəruriliyi, sosial məsafənin qorunmasının vacibliyi barədə tövsiyələr verilir.

Reydlər zamanı mağazalara maskasız daxil olan alıcılar polislər tərəfindən müəyyən edilərək qanunvericiliyə uyğun şəkildə cərimələniblər. Sahibkarlar, eləcə də alıcıların diqqətinə sanitar-karantin qaydalarına ciddi əməl etməklə fəaliyyət göstərmələrinin vacibliyi çatdırılıb. Açıq ictimai məkanlarda da bəzi şəxslərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiyi və yaxud tələb olunan normalara uyğun şəkildə taxmaması aşkarlanıb. Onların da barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.

Həmçinin, rayon ərazisində müəyyən edilmiş qrafikə əsasən dezinfeksiya tədbirləri həyata keçirilir.

© xezerxeber.az


152 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR