Göygöl sakininin evindən narkotik vasitə tapılıb

31.07.2020 14:09

Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Göygöl rayon sakini, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə əvvəllər dəfələrlə məhkum olunmuş 40 yaşlı Vüqar Cəfərov saxlanılıb. Onun rayonun Üçtəpə kəndində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan əkilmiş və xüsusi qaydada qulluq edilmiş ümumilikdə 55 ədəd çətənə kolu, yaşayış evinin yataq otağından 6,02 qram qurudulmuş marixuana, 3,15 qram çətənə kollarına məxsus toxum, eyni zamanda, 52 ədəd müxtəlif çaplı ov tüfənginə məxsus patron və 6 ədəd 7,62 kalibirli avtomat patronları aşkar olunaraq götürülüb.

Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub. Dindirilmə zamanı V.Cəfərov çətənə kollarını özü şəxsi istifadə məqsədilə becərdiyini bildirib.

Faktla bağlı Göygöl RPŞ-də araşdırma aparılır.

© xezerxeber.az

FOTOQALERIYA






142 dəfə oxunub

ÇOX OXUNANLAR