Gədəbəydə əmisini qətlə yetirən şəxs polis əməkdaşı olub

13.07.2020 12:19

Gədəbəydə əmisini qətlə yetirən şəxsin polis əməkdaşı olduğu məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, qətli törətməkdə şübhəli bilinən, 1988-ci il təvəllüdlü İsgəndərov Arzu İsmayıl oğlu Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşı olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildiriblər ki, A. İsgəndərov sabiq polis əməkdaşıdır: "Arzu İsgəndərov əvvəl polis olub, hazırda o polis əməkdaşı deyil".

Qeyd edək ki, ötən gün A.İsgəndərov torpaq üstündə əmisi, 1957-ci il təvəllüdlü İsgəndərov Oruc Abbas oğlunu və onun həyat yoldaşı, 1959-cu il təvəllüdlü İsgəndərova Sənubər Hüseyn qızını bıçaqlayıb. O.İsgəndərov hadisə yerində dünyasını dəyişib, S.İsgəndərova isə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən A. İsgəndərov saxlanılıb.

© xezerxeber.az


164 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR