Bakıda "Jeep" piyadanı vurub öldürüb

29.05.2020 15:29

Xəzər rayonunda "Jeep” markalı avtomobillə paytaxt sakini vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, mayın 28-də saat 11 radələrində rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini T.Məmmədov idarə etdiyi "Jeep” markalı avtomobillə yolu keçən paytaxt sakini Azad Əliyevi vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

© xezerxeber.az


139 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR