Bakı-Quba yolunda “KamAZ”-ın vurduğu Rusiya vətəndaşı ölüb

24.05.2020 12:30

Rusiya vətəndaşı "KamAZ”-ın altında qalaraq ölüb.

Hadisə Bakı-Quba yolunun 45-cı kilometrliyində baş verib.

Daş yüklü "KamAZ” markalı yük maşını ehtiyatsızlıqdan Rusiya Federasiyası Dağıstan Respublikasının vətəndaşı 1979-cu il təvəllüdlü Zalibekov Maqammed Zalibekoviçi vuraraq üstündən keçib. Yük maşının altında qalan 41 yaşlı Rusiya vətəndaşı hadisə yerində ölüb.

Ölən şəxs TIR sürücüsü olub. Meyit aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. (APA)

© xezerxeber.az

FOTOQALERIYA






153 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR