Mingəçevirdə yük maşını velosipedçini vurub öldürüb

10.04.2020 11:13

Mingəçevirdə ağır yol qəzası baş verib.

Hadisə şəhərin AzDres qəsəbəsində qeydə alınıb.

Şəhər sakini, 1987-ci il təvəllüdlü Hüseynov Həsən Natiq oğu idarə etdiyi "KamAz" markalı 21 BC 985 dövlət nömrə nişanlı yük maşını ilə hərəkətdə olarkən şəhər sakini, 1989-cu il təvəllüdlü Səfərov Rövşən Fəxrəddin oğlunun idarə etdiyi "Mercedes" markalı 99 BH 977 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində "KamAz" markalı yük maşını idarəetməni itirərək yolun kənarı ilə hərəkətdə olan velosipedçi Abdulov Elman Yunus oğlunu vurub. Yaralı xəstəxanaya çatdırılsa da, orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

© xezerxeber.az


125 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR