Şəmkirdə altı tut ağacı kəsilib, təbiətə 4500 manat ziyan dəyib

29.03.2020 16:56

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Şəmkir rayonunda Qapanlı-Təzəkənd yolunun kənarında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayəti nazirliyin yerli qurumunun əməkdaşları yerində araşdırıblar.

Nazirliyin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, əraziyə keçirilən baxış zamanı 6 tut ağacının kəsildiyi və təbiətə 4500 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Araşdırma zamanı ağacları Şəmkir rayonunun Qapanlı kənd sakini Ramiz Musayevin kəsdiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunauyğun tədbirlərin görülməsi üçün Şəmkir Rayon Prokurorluğuna göndərilib.

© xezerxeber.az


112 dəfə oxunub

XƏBƏRLƏR

25.05.2020 19:40

Zidan Edeqoru qaytarır

ÇOX OXUNANLAR