Gəncədə polis əməkdaşları apteklərdə reyd keçiriblər

29.03.2020 14:19

Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon İdarəsinin əməkdaşları xidməti ərazidəki apteklərdə süni qiymət artımının qarşısının alınması, eləcə də maskaya və spirtə ehtiyacın ödənilməsini təmin etmək məqsədilə yoxlama keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, polis əməkdaşları apteklərdə qiymətlərlə maraqlanıb, əczaçılarla profilaktiki söhbətlər aparıblar. Obyekt rəhbərlərinə qanunun tələbləri ətraflı izah olunub və yarana biləcək süni qiymət artımı və digər neqativ hallarla bağlı qanuna müvafiq qaydada tədbir görüləcəyi bir daha diqqətə çatdırılıb.

Bundan başqa, rayon polis idarəsinin əməkdaşları parklarda və istirahət guşələrində kütləvi şəkildə toplaşan vətəndaşlarla da maarifləndirici söhbətlər aparıblar.

© xezerxeber.az

FOTOQALERIYA






125 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR