Yevlaxda minik avtomobili yük maşını ilə toqquşub

20.02.2020 08:41

Bakı-Qazax magistralının Yevlaxın Aran qəsəbəsindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Opel” markalı minik avtomobili arxadan beton qarışdıran yük maşınına çırpılıb. Qəza nəticəsində "Opel”in sürücüsü - Sumqayıt şəhər sakini, 1983-cü il təvəllüdlü Hümbətov Ramin Rəşad oğlu xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır. (APA)

© xezerxeber.az


107 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR