Beş rayonda insanların pulunu mənimsəyən Göyçay sakini tutulub

15.02.2020 11:47

Beş rayonda dələduzluq edərək insanların pulunu mənimsəyən Göyçay sakini tutulub.

DİN Mətbuat xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən, eləcə də barəsində axtarış elan olunmuş Göyçay şəhər sakini Pünhan Qurbanov İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

P. Qurbanovun ətrafında aparılan araşdırmalarla onun İsmayıllı, Şirvan, Mingəçevir, Ağdaş, Abşeron rayonlarında ayrı-ayrı vətəndaşlara özünü vəkil kimi təqdim edərək işə düzəltmək, əlillərə veriləcək avtomobil növbəsində adlarının irəli çəkdirəcəyinə və başqa vədlər verib inandıraraq onlara qarşı dələduzluq etdiyi, xeyli məbləğdə maddi ziyan vurduğu müəyyən olunub.

P. Qurbanovun digər şəhər və rayonlarda da analoji cinayətlər törətdiyi istisna edilmir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in "102” zəng mərkəzi xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin 020-285-11-89 şəhər və ( 050 ) 280-45-00 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

© xezerxeber.az

FOTOQALERIYA






228 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR