İmişlidə baş verən qəzada ölənlərin sayı artıb - YENİLƏNİB

15.02.2020 10:50

İmişlidə baş verən qəzada ölənlərin sayı artıb.

Qəza zamanı xəsarət alan 14 yaşlı İsayev Məhəmməd Cəfər oğlu aldığı ağır xəsarətlərdən reanimasiya şöbəsində dünyasını dəyişib.


***

14 fevral

21:22

İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, avtoqəza İmişli rayonunun Şahverdili kəndi ərazisində qeydə alınıb.

Bəhramtəpə qəsəbə sakini, 1974-cü il təvəllüdlü Həsənov Nizami Məhərrəm oğlunun idarə etdiyi "KİA” markalı 90-GM-961 dövlət nömrə nişanlı avtomobilin qarşısına iribuynuzlu heyvan çıxıb. Nəticədə avtomobil yoldan çıxaraq dərəyə aşıb. Qəza zamanı sürcü avtomobilin altında qalaraq ölüb.

Avtomobildə olan Bəhramtəpə qəsəbə sakini, 14 yaşlı İsayev Məhəmməd Cəfər oğlu ağır vəziyyətdə reanimasiya şöbəsinə, digər sərnişin – 1996-cı il təvəllüdlü Məmmədov İbrahim Etibar oğlu yüngül xəsarət alaraq İmişli rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


117 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR