Zaqatalada "Mercedes" yanıb

15.02.2020 10:22

Zaqatala rayonunun Aşağı Tala kəndində "Mercedes" markalı minik avtomobilinin salonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

© xezerxeber.az


209 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR