Beyləqan sakini dəm qazından zəhərlənərək ölüb

25.01.2020 11:28

Beyləqanda ölüm hadisəsi baş verib.

Hadisə rayonun 1-ci Şahsevən kəndində qeydə alınıb.

Kənd sakini, 1957-ci il təvəllüdlü Atakişiyev Rasim Əli oğlunun meyiti qohumları tərəfindən yaşadığı evdə aşkarlanıb.

İlkin ehtimala görə, R. Atakişiyev dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır. (APA)

© xezerxeber.az

FOTOQALERIYA






130 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR