Şəkidə qəfil ölən şəxsin üzərində zorakılıq əlamətləri aşkarlanıb

25.01.2020 10:05

Şəkidə qəfil ölən şəxsin üzərində zorakılıq əlamətləri aşkarlanıb.

Hadisə bu gecə saat 02 radələrində Şəki şəhəri Noxabi 14 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1982-ci il təvəllüdlü Yusif Yaşar oğlu Əliyev qəfildən ölüb.

İlkin araşdırma zamanı Y. Əliyevin üzərində zorakılıq əlamətləri aşkar edilib.

Meyit müayinə edilmək üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (APA)

© xezerxeber.az


157 dəfə oxunub

XƏBƏRLƏR

26.02.2020 17:03

Sükut dəqiqəsi

ÇOX OXUNANLAR