Siyəzən rayonu ərazisində zəlzələ qeydə alınıb

21.01.2020 09:05

Yanvarın 20-də Siyəzən rayonu ərazisində maqnitudası 3.1 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən xezerxeber.az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 20:53-də Siyəzən stansiyasından 18 kilometr cənub-şərqdə qeydə alınıb.

Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

© xezerxeber.az


95 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR