Xüsusi təyinatlı qatardan qaçan "Qoca"nın qardaşı həbs edilib - FOTO

20.01.2020 14:29

Hacıqabul rayon polis şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, eləcə də qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş 53 yaşlı Azad Məmmədov rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. A.Məmmədovun üzərində axtarış aparılan zaman "Makarov” markalı tapança, ona məxsus iki patron, 41,278 qram tiryək və 11,69 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Əməliyyat tədbirinin davamı olaraq A.Məmmədovun yaşadığı mənzilə baxış keçirilən zaman oradan 275 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul rayon polis şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.

Qeyd edək ki, A.Məmmədov 2017-ci il oktyabrın 23-də Bakıya etap zaman konvoy mühafizəsi altından qaçan və daha sonra saxlanılan zaman polisə silahlı müqavimət göstərdiyi üçün zərəsizləşdirilən Etibar Məmmədovun qardaşıdır.

© xezerxeber.az

FOTOQALERIYA






172 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR