Göyçayda həkim piyadanı avtomobillə vuraraq öldürüb

09.12.2019 11:46

Göyçayda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Göyçay şəhərində qeydə alınıb. Rayon sakini Dinar Baxışov idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyada, 1957-ci il təvəllüdlü İmanova Səadət Məmməd qızını vurub. Hadisədən dərhal sonra sürücü tərəfindən xəstəxanaya çatdırılan piyadanın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, qəzanı törədən sürücü Göyçay rayon Təcili Tibbi Yardım Stansiyasının həkimidir.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (APA)

© xezerxeber.az


275 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR