Gəncədə 25 yaşlı oğul atasını qətlə yetirib

16.11.2019 10:38

Gəncədə qətl hadisəsi törədilib.

Hadisə şəhərin Cavadbəy Şıxlinski küçəsi 26, ev 1, mənzil 3-də baş verib.

Həmin ünvanda yaşayan, əvvəllər məhkum olunmuş, 1994-cü il təvəllüdlü Dadaşov Yusif Mübariz oğlu sərxoş vəziyyətdə yaşadığı evə gələrək atası, 1967-ci il təvəllüdlü Dadaşov Mübariz Yusif oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində Y. Dadaşov mətbəx bıçağı ilə atasına bir neçə bıçaq zərbəsi endirib.

M.Dadaşov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci ( qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və hadisəni törədən şəxs saxlanılıb. (Trend)

© xezerxeber.az


270 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR