Siyəzəndə mağazadan 3500 manat oğurlayan şəxs tutulub

22.10.2019 15:52

Siyəzəndə mağazadan 3500 manat oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 22-də rayon ərazisindəki mağazaların birindən 3500 manat, danışıq kartları və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Bəylərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


95 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR