Mingəçevirdə evdən oğurluq edən şəxslər saxlanılıblar

15.10.2019 12:41

Mingəçevir şəhər polis şöbəsinə mənzillərdən birindən dəyəri 600 manat olan istilik sistemlərinin oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, müvafiq araşdırmalar aparılıb.

Hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər - Mingəçevir şəhər sakinləri Sadiq Mehdiyev və əvvəllər də oğurluğa görə məhkum olunmuş Bəhruz Səmədov keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Saxlanılan şəxslər oğurladıqları istilik sistemlərini metal qəbulu məntəqələrinə satdıqlarını etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


99 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR