Qubada gənc tikinti zamanı uçan hasarın altında qalaraq ölüb

13.10.2019 12:07

Qubada bədbəxt hadisə zamanı bir nəfər ölüb.

Hadisə rayonun Alpan kəndində baş verib.

1998-ci il təvəllüdlü Səxavət Səfərov yaşadığı evin daş hasarını tikib. S.Səfərov iş görən zaman daş hasar uçaraq onun üzərinə düşüb. Ağır xəsarət alan S.Səfərov xəstəxanaya aparılarkən yolda ölüb.

Fakt rayon prokurorluğu tərəfindən araşdırılır. (APA)

© xezerxeber.az


101 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR