Lənkəran rayonunda zəlzələ olub

11.09.2019 18:09

Sentyabrın 11-də Lənkəran seysmoloji stansiyasından 4 kilometr cənubda - Lənkəran rayonunun ərazisində maqnitudası 3.7 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən xezerxeber.az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 16:56:49-da qeydə alınıb.

Ocağı 20 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə və ətraf yaxın rayonlarda 3 bala qədər hiss olunub.

© xezerxeber.az


121 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR