Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

İsmayıllıda yas mərasimində ev uçub, 8 nəfər xəsarət alıb - YENİLƏNİB - FOTO

25.08.2019 15:39

İsmayıllıda yas mərasimi zamanı evin uçması nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.

Rayonun Balik kənd sakinləri Kamalova Müşkünaz Bəşir qızı, Mirzəməmmədova Sevda Ziyad qızı, Umudova Elnarə Tofiq qızı, Daşdəmirova Vüsalə Şükür qızı, Mirzəyeva Cəmilə Sədulla qızı, Quliyeva Ofeliya Nadir qızı və adı hələ ki, məlum olmayan daha iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Onların vəziyyəti orta-ağır olaraq qalır.

***

saat 13.04

İsmayıllı rayonunda ev uçub.

Hadisə bu gün saat 12:30 radələrində rayonun Balik kəndində qeydə alınıb.

Kənddə yas mərasimi olan iki mərtəbəli yaşayış evinin döşəməsi insanların ağırlığına dözməyərək qəflətən çöküb. Dağıntı zamanı 10-a yaxın insan müxtəlif dərəcli bədən xəsarətləri aldığı üçün təcili tibbi yardım stansiyasının avtomobilləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. (APA)

© xezerxeber.az

FOTOQALERIYA






120 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR